Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 6
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 84
Ümumi hit: 12234
Oktyabr 9, 2008 13:12 Yazar: sabirsarvan
Xalam Hökumə xanımın
xatirəsinə ithaf olunur.
Necə gedərmiş adam
bildirmədən bir kəsə,
dəymədən könülə - xətrə,
Olarmış dilsiz məzar,
ovunmayan xatirə.
Qalarmış qulağında
gülüşü,
danışığı,
Necə gedərmiş adam
bir gözündə qürublar,
birində dan işığı.
Səbrini yeyə - yeyə,
Bağrını kəsə - kəsə
adam necə gedərmiş
uzun bir yolu
kəsə.
...Getdi
qayıdan deyil,
şivənlər, hıçqırıqlar
onu oyadan deyil,
Susun!
Ağrıların əlində qıvrılıb
qalan kəsi,
qoyun rahat
uyusun.
TƏZƏDƏN | | 38 baxış
Oktyabr 9, 2008 13:11 Yazar: sabirsarvan
Üzünə
xəzəllərdən
yaşmaq tutan hovuzumuz,
Təklikdən
bağrı yarılan
ağacbaşı gülöyşə nar,
Eyvanda
gözləri yol çəkən
qaranquş yuvası...
Hər il
şəhərin noyabrında
Belə xatırlayıram
payızı.
TƏZƏDƏN | | 41 baxış
Oktyabr 9, 2008 13:10 Yazar: sabirsarvan
Anladıqca,
anladıqca
Başımı qoyub dizimə
Günahımı ağladıqca,
Gördüm Allahın deyil,
Özümündür günahlarım.
Anladıqca,
anladıqca
Yaxşının yerində günəşi gördüm,
Pislərin yerində buz daşı gördüm.
Anamın önündə diz çöküm dedim,
Əyildim,
əyildim torpağı gördüm.
Anladıqca,
anladıqca
Arxaya çevrildim, qabağa baxdım.
Arxada dumanlı illər qalmışdı,
Qabaqda gümanlı illər qalmışdı,
Ələk - vələk elədim
geridə qalan illəri,
qarşıdan gələn illəri,
Ələk - vələk elədim ürəyimi,
Heç nə tapammadım,
ümiddən özgə.
TƏZƏDƏN | | 36 baxış
Oktyabr 9, 2008 13:09 Yazar: sabirsarvan
Gülnarə Cəmaləddinə
Canda can yiyəsi eyləyib qərar
Canda O yoxdusa, onda kimdi ki?!
Üzü qibləyə tut, qəlbi göylərə
Yüzü yüz söyləsin gündə, kimdi ki?!
Harda yal gördümsə, orda yalan var.
Quruca bir addı bizə qalan var.
Nə qədər ruhunu satıb alan var,
Puç olub gedəcək sonda, kimdi ki?!
Tutmaram özümü günaha yaxın,
Günahlar aparır min aha yaxın.
Seçkin qullarıdı Allaha yaxın,
Seçir Allah seçsin, bəndə kimdi ki?!
TƏZƏDƏN | | 43 baxış
Oktyabr 9, 2008 13:08 Yazar: sabirsarvan
Rahat
yat,
Qapandı gözlərin
bir ovuc torpaq deyə.
Qovuşdun artıq
ulduzlu gecələrdə duyduğun
qədimliyə.
Qolların quru budaqdır indi
Yaddaşın ağ
varaq.
Rahat
yat,
Heç vaxt bu qədər
sənin olmayıb torpaq.
Gəldin,
varıydı,
Getdin,
davam edir həyat.
Beşikdəsənmiş kimi
Rahat uyu,
rahat.
TƏZƏDƏN | | 35 baxış
Oktyabr 4, 2008 11:12 Yazar: sabirsarvan
Burdan belə yol yoxuşa dirəndi,
Dərələri aldı duman desinlər.
Sərgilərdə xatirələr danışsın,
Şərqilərdə keçdi dövran desinlər.
Yaşamağa yer qoymadı bu həyat,
Yol üstündə nə qəmginəm, nə də şad.
Haçannandı şair gəzir məxluqat,
Öldürsünlər, sonra «can - can» desinlər.
Tapılmadı bir simsarı, həyanı,
Ürəyini gözlərindən duyanı.
Bəh - bəh ilə bəy deyilən dünyanı,
Bəyənmədi Sabir Sarvan desinlər.
SİZİN ARANIZDA | | 40 baxış
« Əvvəlki səhifə Yazılar cəmi: 88
Sonrakı səhifə »