Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 3
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 81
Ümumi hit: 12231
Dekabr 23, 2007 23:39 Yazar: sabirsarvan
Əsnək, əsnək gətirər. İllah da gecələr. Niyəsini bilsələr həkimlər bilərlər. Özləri necə? Əsnəkdən yaxa qurtara bilirlərmi, görəsən?!Gecənin gecə vaxtında əsnəkdən yaxa qurtarmaq üçün Sabir Sarvanla tez-tez bir-birimizə, adətən, zəng vururuq. Sağdan-soldan söhbət qızışır, doğrudan-doğruya, əsnəyi evinəcən qovmağı bacarırıq...Bir də görürsən, Sabir zəng vurub. Nədənsə təsirlənib alınmış olduğu səsindəncə dərhal bilinir. İnsanlardan bezarlığını, bir zamanlar dost saydıqlarının tənə daşlarından aldığı xəsərratı, vallah, adamın əsnəyini qovacaq bir şəkildə, elə iniltili səslə deyir ki, durduğun yerdə varlığından yox olursan:
Vaxtında ölmədim, indi də gecdi,
Hər nəsə, bu ömrü yaşayam gərək!
-Yaşamayıb da,hara qaçacaqsan? Hara üz tutsan, qarşında bir Allahı görərsən, bir də... bir də səni bir an gözdən qoymayan ölüm mələyini-deyirəm. -Dünya şirindi. Hələ cavan oğlan kimisən. Damarlarındakı qanın hərarətini şeirlərindən də dərhal duymaq olur.- Ay, hay! - deyir Sabir. - Mən dünyanın əvvəlindən üzü bəri gözlərinin içindən qocalmış bir piraniyəm. Sən ancaq gördüyünü deyirsən. Yum gözünü, gözümün içinə bax.
Davamı...
SÖZ SÖZÜ GƏTİRƏR | | 92 baxış
Yazılar cəmi: 1