Reklam verin!
Yuma Ailə Jurnalı
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 78
Ümumi hit: 12228


AddThis Feed Button
Add to Technorati Favorites

DÜŞMAN

Dekabr 27, 2007 23:35 Yazar: sabirsarvan

Vaxtında ölmədim, indi də gecdi,

Hər nəsə bu ömrü yaşayam gərək.

Çox da ki gözlərim doyub dünyadan,

Çox da ki soyuyub sinəmdə ürək.

 

Qarışıb rəngləri, dünyanı daha,

Təkcə ağ - qaraya bölmək çətindi.

Ömrüm uzun çəkdi, düşman qazandım,

Düşman qazandınsa, ölmək çətindi.

Davamı...

Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(0) | 70 baxış

ÇAĞIRIŞ

Dekabr 27, 2007 23:30 Yazar: sabirsarvan

Bu şeir ötən əsrin 80-ci illərində

 atom müharibəsi təhlükəsinin artığı

 bir zamanda yazılıb. Nə qədər ki, o

silah var mən bu şeiri aktual

 hesab edirəm.

 

Bu günlər söhbətimiz daha uzun,

           üzümüz daha məhzun,

            başımız daha ayıq.

Bu günlər bir dərdin ayrı üzləritək

             yaşayırıq.

Hər şeyə doymadan

              baxır gözlərimiz.

Ağır daş kimi

                asılır dodağımızdan

                 sözlərimiz.

Bu günlər dünya böyük nəhr kimi

                  qımıldanmada,

                  tərpənişdədir.

Analar təşvişdədir.

Davamı...

Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(0) | 73 baxış

DÖZÜM

Dekabr 27, 2007 23:27 Yazar: sabirsarvan

Millət belə,

                   yurd belə,

Qeyrət belə,

                    ad belə...

Düz üç saat

                    danışdı,

Üç saat

               kəsdi - asdı.

Dinməzcə

              qulaq asdım,

Qəlbimdə dedim :

                       danış.

Hərdən mənə də

                      əhsən,

Hərdən mənə də

                        alqış.



Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(0) | 53 baxış

ÇALDIRAN AĞRISI

Dekabr 27, 2007 23:24 Yazar: sabirsarvan

Necəsən, dərdimi deyəm,

Dağ ərisin, daş yerisin.

Vay o günə, dəli başla,

Üstünə qardaş yerisin.

 

Heç yana çatmasın əlin,

Alışsın ağzında dilin,

O tərəfdən Sultan Səlim,

Burdan Qızılbaş yerisin.

Davamı...

Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(1) | 80 baxış

BİZ İNDİ HARDAYIQ?

Dekabr 27, 2007 23:22 Yazar: sabirsarvan

“Sən indi hardasan, Məmməd İsmayıl?”

 

Məmməd İsmayıl\\

 

 

Gəlib doğru çıxdı qəlbimə daman,

Çaxnaşdı aralıq, qarışdı zaman.

Kəsdi yolumuzu qəfil bir duman,

Biz indi hardayıq, Məmməd İsmayıl?!

 

Yalmanıb yal yeyir yüz zay şairi,

Hanı məmləkətin haray şairi,

Ötür tərifini saray şairi,

Biz indi hardayıq, Məmməd İsmayıl?!

Davamı...

Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(0) | 78 baxış

QARABAĞLI UŞAQ

Dekabr 27, 2007 23:19 Yazar: sabirsarvan

Səhər al qanla  açılır,

Quşlar göydən

            ölü düşür.

Alışmır güllə səsinə

Budaq qorxur,

             gülü düşür.

Saçı dağılıb alnına,

Sıyrım - sıyrım olub dizi.

Gözlərinin qabağında

Anasının qanlı üzü,

Qaçır qarabağlı uşaq.

Davamı...

Bookmark and Share

MƏN QANA ÇAPIRAM | Şərhlər(0) | 58 baxış

  Yazılar cəmi: 9    Sonrakı səhifə »