Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 3
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 65
Ümumi hit: 12215
Avqust 2, 2008 9:17 Yazar: sabirsarvan
Böyüdüm üzümü tutdum şəhərə,
Doğma kənd - kəsəyin daşını atdım.
Çıxdı yollarıma baxışı nübar,
Ağlımı itirdim, işimi atdım.
Qismətim gəlmədi mənə sinidə,
Ağartdım səbrimlə qara günü də.
Axır ki, bu dünya yendi məni də,
Düşdüm iştahına, döşünə yatdım.
Əsəndə xəfifcə xəzan küləyi,
Saldı çək - çevirə zaman ürəyi.
Gördüm yeyəmmirəm yavan çörəyi,
Ona gözlərimin yaşını qatdım.
Ömür dedikləri yuxuydu sanki,
Göz yumub - açınca yox oldu çünki.
Yaşamaq olmadı, könül, mənimki,
Beş - altı şeirlə başımı qatdım.
SİZİN ARANIZDA | | 44 baxış
Avqust 2, 2008 9:16 Yazar: sabirsarvan
Bakının bir küçəsiylə
Qalxıram üzü yuxarı.
Eşidirəm ağacları
Salamlar təzə baharı.
Əllərində sarı fanar
Küçə par - par parıldayır.
Kölgəm gah arxada qalır,
Gah yanımca addımlayır.
Gör hara dirəndi yollar
Hər yanı axtarıb gəzib;
Mən bezmişəm bu ömürdən,
Bu ömür də məndən bezib.
Heç kəs öz rəngində deyil,
Hamının donu görünür.
Mən duran yerdən baxanda
Hər şeyin sonu görünür.
Keçib gedən qatar kimi
Nə varsa ötüb gedəcək.
Bu adamlar bir - birinin
Gözündən öpüb, gedəcək.
Uğruma ayrılıq çıxıb,
Hər nə var məndən ayrılır.
Sözlərim dilimdən uçur,
Nəfəsim candan ayrılır.
Bir mənəm, bir uzun küçə
Bir də maşınların səsi.
Keçənlərdən könül açan
Heç nə yox, yada düşəsi.
Balasına yem verəndə
Qaranquş vurdum köksü ağ.
Bu gecədən çıxa bilsəm,
Sonra asandır yaşamaq...
SİZİN ARANIZDA | | 41 baxış
Avqust 2, 2008 9:14 Yazar: sabirsarvan
İtirən itirdi, tapan da tapdı,
Bir kimsə axtarmaz dünyada məni.
Saldılar çöllərə Leyli sevgilər,
Axırda verdilər nə bada məni?!
Mən qəm əsiriyəm, kədər şahıyam.
Ata qübarıyam, ana ahıyam.
Göylərə çıxsam da, nişangahıyam,
Axtarıb tapacaq bir xata məni.
Çıxmaz buludlardan aypara baxtım,
Ay qara taleyim, ay para baxtım,
Çəkib bu dünyadan apara baxtım,
Hər yaz ot - əncərtək oyada məni.
SİZİN ARANIZDA | | 39 baxış
Avqust 2, 2008 9:13 Yazar: sabirsarvan
Qara daş altından cücərən otlar,
Qara daş altında o qardaş otlar
Güc verib qoluna, biləklərinə,
Güc verib dizinə, kürəklərinə
Aşırmaq istəyir o qara daşı.
Üstü kəpənəkli, üstü arılı,
Gözləri günəşə baxan çiçəklər,
Bəxtəvər çiçəklər, gözəl çiəçəklər
Bilməzlər, bilməzlər, bilməzlər heç vaxt
Qara daş altında bitən otların,
Qara daş altında nə çəkdiyini.
O igid qardaşlar, o igid otlar
Ümidin özgəyə bağlamaz bir də,
Sürtüb üzlərini qara torpağa
ağlamaz bir də.
Ağlamaq qurtardı, ağlamaz bir də.
Qara gün altında qan - tər içində
Güc verər qoluna, biləklərinə,
Güc verər dizinə, kürəklərinə.
Qəfəslər içində xallı pələnglər
Çeynəyə - çeynəyə səbrlərini
Beləcə güc verər hər axşam - səhər
Güc verər qəfəsin dəmirlərinə.
SİZİN ARANIZDA | | 41 baxış
Yazılar cəmi: 4