Reklam verin!
Yuma Ailə Jurnalı
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 66
Ümumi hit: 12216


AddThis Feed Button
Add to Technorati Favorites

SƏNDƏN ÖZGƏ

İyul 15, 2008 17:38 Yazar: sabirsarvan

Kimim var səndən özgə,
Hər bayram axşamında
Ya süfrə qırağında,
Ya bir ocaq başında,
Gözünü yaşartmağa?
Tanrıdan istədiyi
Əllərinə enməmiş,
Qəlbində gizlətdiyi,    
Üzündə görünməmiş
Saçını ağartmağa?

Alçalar ağ gül açmaz,
Qara yellər yatınca,
Çox dözdüm,
Ömür üzdüm
Ağlamağa çatınca.
Bu yollar zalım yollar
Toz - torpağa bulandım.
Ha qaçdım, ha qurtuldum,
Yenə dərdə dirəndim.
Yıxılıb durdum, yenə
Sənə boylandı üzüm.
Kimim var səndən özgə,
Yıxılanda durub tez,
Durub...Üzünü gəzim?

Uğrunda baş verməli,
Bu dünyada kiminsə.
Baş verməli ki,
Torpağını tapanda,
Ölüm sənə gülməyə.
Kimim var səndən özgə,
Uğrunda ölməyə?!

Mən dünyanın gözündə,
Dünya məndə burulur.
Ağrılardan süzülüb,
Göz yaşlarım durulur.
Nə küləklər kəsəndi,
Nə də ki, mən sınanam.
Kimim var səndən özgə,
Bir zülmətin qoynunda
Səhəri düşünən tək
Durub düşünəm,
                anam?!


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 51 baxış

***

İyul 15, 2008 17:38 Yazar: sabirsarvan

Çağırma, çoxdan oyağam,
İsitmə, daşdan soyuğam,
Həyat dəniz, mən qayığam,
Atır o yana, bu yana.

Əl uzanmır, əldən tutam,
Dönüb hara gedim, atam?
Dörd tərəfim iynə, tikan,
Batır o yana, bu yana.

Ağac olsam yurd yerində,
Nəğmə ollam mərd dilində.
Yaxam qalıb dərd əlində
Dartır o yana, bu yana.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 46 baxış

TORPAQ

İyul 15, 2008 17:37 Yazar: sabirsarvan

Çəkir məni qara torpaq
Aman qardaşlar, aman.
İstəyir ki, yıxa məni,
Axırıma çıxa mənim,
Aman qardaşlar, aman.

Kəndimizin torpağıdır,
Doğulduğum gündən bəri
Üzümə səpilməyə hazır,
Gözümə tökülməyə hazır.

Kəndimizin torpağıdır,
Bu şəhərin səs - küyündən
Çəkib məni qoparacaq,
Aranızdan aparacaq,
Aman qardaşlar, aman.

Dadıma bir kimsə yetməz,
Ahım qulaqlara çatmaz,
Gözlərim önündən getməz,
Yaddan çıxmış tənha məzar,
Aman qardaşlar, aman.


Bookmark and Share

Bölməsiz | Şərhlər(0) | 46 baxış

BELƏ

İyul 15, 2008 17:35 Yazar: sabirsarvan

Mən əzəl belə deyildim,
Gün dəyişdi oldum belə.
Ömrə qəfil güvə düşdü,
Min bir dərdə doldum, belə.

O sevgilər haqq işiydi,
Dərdiyim gül bənövşəydi.
Bəxt əlimdə bir şüşəydi,
Özüm daşa çaldım belə.

Könlüm dünyayla əyişdi,
Əyişdi, nəyi dəyişdi?!
Vədə gəldi, lələ köçdü,
Quru yurdda qaldım, belə.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 46 baxış

***

İyul 3, 2008 13:04 Yazar: sabirsarvan

Yuvasından dərbədər
Gəzən şəhərbəşəhər
Sənin oğlundur, ana.

Tüstüsü başdan çıxan,
Başı min işdən çıxan,
İşləri daşdan çıxan
Sənin oğlundur, ana.

Bəxtini selə verən,
Dərdini yola verən,
Bir ömrü yelə verən,
Sənin oğlundur, ana.

Kölgəsi var, özü yox,
Baş qoymağa dizi yox.
Bu dünyaya sözü yox,
Sənin oğlundur, ana.


Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(1) | 55 baxış

BİLSƏM Kİ

İyul 3, 2008 13:04 Yazar: sabirsarvan

Gör məni nə yerdə saxlayıb dünya,
Neyləyim, yolumu bağlayıb dünya,
Dərdi güc gələndə ağlayıb dünya,
Acı göz yaşını silər mənimlə.

Saçımda illərin tozu görünər,
Qor olmuş arzumun közü görünər
Düşmən xiffətimi görüb sevinər,
Dostlar sevincini bölər mənimlə.

Ümidlə yaşadım bir ömrü mən ki,
Başımın üstünü alıbdır çən ki.
Yıxılıb ölərəm, əgər bilsəm ki,
Hamının kədəri ölər mənimlə.

Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 49 baxış

  Yazılar cəmi: 7    Sonrakı səhifə »