Reklam verin!
Yuma Ailə Jurnalı
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 2
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 77
Ümumi hit: 12227


AddThis Feed Button
Add to Technorati Favorites

OLUR

Aprel 29, 2008 0:26 Yazar: sabirsarvan

Gözünü gülər görəndə

Mənim sinəm ahsız olur.

Məhəbbət adlı məmləkət

Qan- qadasız, şahsız olur.

 

Düşürəm işə gələndə,

Eləmə peşə, gələndə.

Qaşın baş - başa gələndə,

Gecələr sabahsız olur.

 

Gəzmə günah kimdədi, qız,

Sabir fağır bəndədi, qız,

Nə günah var məndədi, qız,

Gözəllər günahsız olur.

 



Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 71 baxış

GEDİRSƏN

Aprel 29, 2008 0:24 Yazar: sabirsarvan

Gözəllərin bir yolu var,

O yolu tutub gedirsən.

Huşumu başımdan alıb,

Gözümdə bitib gedirsən.

 

Alışır yaxında nə var,

Bilmirəm ahımda nə var,

Oyadıb ruhumda nə var,

Könlümə yatıb gedirsən.

 

Papağı yandırdım günə,

Gəlmədin imana, dinə.

Qırmızı geyinib yenə

Qanıma batıb gedirsən.



Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 67 baxış

DEYİLƏNDƏ

Aprel 29, 2008 0:19 Yazar: sabirsarvan

Elə tamarzıyam adına sənin,

Çəkirəm min yerdən ah - deyiləndə.

Gör mənə neynədin, şəhər boylanır,

«Yığvalı dönmüşə bax» - deyiləndə.

 

Ünvanın bəllidi, gələ bilmərəm,

Dərdim özümündü bölə bilmərəm.

Daha o cənnətdə qala bilmərəm

«Çıx, mənim qəlbimdən, çıx» - deyiləndə.

 

İndi hər sözümə fikir verirəm,

Nə könül verirəm, nə sirr verirəm.

Ölən duyğulara hüzür verirəm,

Yeddi deyiləndə, qırx deyiləndə.

 

Saxla səadəti, ötən çaparı

Bağrımın başını söküb qoparır.

Qonça sevgiləri sazaq aparır,

Soyuq dodaqlarla «yox» - deyiləndə.



Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 65 baxış

SAXLAYAR

Aprel 25, 2008 22:57 Yazar: sabirsarvan

Öz sevgimi öz əlimdən uçurdum,

İnanmıram çətin ki, yad saxlayar.

Day ürəyim özgələrə yovuşmaz,

Day ürəyim özündə çat saxlayar.

 

Mən qərib şam, mən işığın əsgəri,

Sən külək ol, əs qabağa, əs geri.

Eşidirsən: - Qədimlərdən səs gəlir:

        Ocağı od, igidi ad saxlayar.

 

Gözlərimin giləsini sora qəm,

İstəmərəm yanaqlarım görə nəm.

Mən başımı qılınclara verənəm,

Müxənnəti ölüncə dad saxlayar.

 

O nəğmələr oxunmadı bu dilnən,

Qış dolanmaz,bu yaz gəlməz bu gülnən.

Mənim könlüm təzələnməz yüz ilnən,

Nə saxlasa, daha boyat saxlayar.



Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 63 baxış

EN UCA DAĞLARDAN

Aprel 25, 2008 22:54 Yazar: sabirsarvan

Mətləb Nağının ruhuna

və qələminə hörmətlə

 

Mənim  gözəllərlə nə işim vardı,

Məhəbbət sarıdan gözüm tox idi.

Sənə tuş gəlincə, səni tapınca

Başım qarışmışdı, yaşım  qırx idi.

 

Qəfildən qarşıma çıxdın bir səhər,

Cəmləyib özümü baxdım birtəhər,

Hamıya təbəssüm, mənə tərs nəzər,

Şükür kərəminə, bu da çox idi.

 

En uca dağlardan gen düzə də gəl,

Götür Ay üzünü gündüzə də gəl,

Axşam bəhanə tap, sən bizə də gəl,

Dünən məhləmizdə işıq yox idi.



Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 58 baxış

BU EŞQIN YOLUNDA MƏN ÖMRƏ QIYDIM

Aprel 25, 2008 22:53 Yazar: sabirsarvan

Bu eşqin yolunda mən ömrə qıydım,

Bir kəlmə sözünə qıyana kimi.

Qayanı eşitdim, daşları duydum,

Sən mənim qəlbimi duyana kimi.

 

Kim deyir o yaşıl illərin itir,

Kövrək çağlarında əlindən tutur.

Gəlib yorğanımın üstündə bitir,

Ürkək bənövşədən biyana kimi.

 

Könlüm güvəndiyi yolları seçdi,

Dəli sevgilərin dalınca düşdü.

Bu çiyin bu başı, bu baş bu eşqi,

Çəkib aparacaq hayana kimi?!

 

 

Əzəldən binası belə qoyulub,

Ayılan həmişə vaxtsız ayılıb,

Bir də baxıb gördüm hər şey sayılıb,

Mən öz saydığımı sayana kimi.

 

Yenə gözlərinin qəsdi canadır,

Qılıncın qında da meyli qanadır.

Bu dünya elə bil qəflətxanadır,

Kimi oyanmaya, oyana kimi.

 

Bookmark and Share

NƏLƏR ÇƏKDİM... | Şərhlər(0) | 53 baxış

  Yazılar cəmi: 17    Sonrakı səhifə »