Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 5
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 67
Ümumi hit: 12217
Fevral 28, 2008 0:18 Yazar: sabirsarvan
İpək yaylıq tək zərif,
Ağ bir qovaq kimi düz
Barmaqları ucunda
Səhnəyə gəldi o qız.
Bir əli
qanad kimi
axıracan gərilmiş,
Qavalı o birində.
Boy uca,
Beli incə,
hər nizamı yerində.
Bir cüt
ulduz tək yanan
Gözlərindən bəllidi,
Qız sevir,
Qız dəlidi.
Davamı...
NƏLƏR ÇƏKDİM... | | 75 baxış
Fevral 28, 2008 0:13 Yazar: sabirsarvan
Ölsəm nəm torpaqdı üzümün üstdə,
Qalsam qoşa şamdı mizimin üstdə,
Özünə yer tapar gözümün üstdə,
Gözəl xanımlarla, gözəl şeirlər.
Ayna pərilərin əlindən düşməz,
Arı çiçəyindən, gülündən düşməz,
Əlim yetməsə də dilimdən düşməz,
Gözəl xanımlarla, gözəl şeirlər.
Davamı...
NƏLƏR ÇƏKDİM... | | 58 baxış
Fevral 20, 2008 0:02 Yazar: sabirsarvan
Soyuyur xatirələr,
Batmaqda olan
Günəş kimi,
soyuyur xatirələr,
soyuyur.
İsti - isti
sətəlcəm qızdırması kimi
yandırırdı məni.
Soyuyur xatirələr,
soyuyur.
Adiləşirəm,
hamı kimi oluram
yavaş - yavaş
Xatirələr soyuduqca.
Xatirələr soyuduqca,
Səni bilmirəm,
Mən üşüyürəm.
NƏLƏR ÇƏKDİM... | | 68 baxış
Fevral 19, 2008 23:58 Yazar: sabirsarvan
Nə istəyir məndən ürək,
Gülüm, səni, gülüm, səni.
Çağırmaqdan yağır oldu,
Dilim səni, dilim səni.
Daş olub çaylar gəzirəm,
Xış olub laylar gəzirəm,
Quş olub göylər gəzirəm,
Bulum səni, bulum səni.
Davamı...
NƏLƏR ÇƏKDİM... | | 65 baxış
Yazılar cəmi: 4