Reklam verin!
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 4
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 82
Ümumi hit: 12232


AddThis Feed Button
Add to Technorati Favorites

BİR MƏNƏM, BİR UZUN KÜÇƏ

Avqust 2, 2008 9:16 Yazar: sabirsarvan

Bakının bir küçəsiylə
Qalxıram üzü yuxarı.
Eşidirəm ağacları
Salamlar təzə baharı.

Əllərində sarı fanar
Küçə par - par parıldayır.
Kölgəm gah arxada qalır,
Gah yanımca addımlayır.

Gör hara dirəndi yollar
Hər yanı axtarıb gəzib;
Mən bezmişəm bu ömürdən,
Bu ömür də məndən bezib.

Heç kəs öz rəngində deyil,
Hamının donu görünür.
Mən duran yerdən baxanda
Hər şeyin sonu görünür.

Keçib gedən qatar kimi
Nə varsa ötüb gedəcək.
Bu adamlar bir - birinin
Gözündən öpüb, gedəcək.

Uğruma ayrılıq çıxıb,
Hər nə var məndən ayrılır.
Sözlərim dilimdən uçur,
Nəfəsim candan ayrılır.

Bir mənəm, bir uzun küçə
Bir də maşınların səsi.
Keçənlərdən könül açan
Heç nə yox, yada düşəsi.

Balasına yem verəndə
Qaranquş vurdum köksü ağ.
Bu gecədən çıxa bilsəm,
Sonra asandır yaşamaq...



Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 41 baxış


Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha