Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 76
Ümumi hit: 12226
Avqust 2, 2008 9:14 Yazar: sabirsarvan
İtirən itirdi, tapan da tapdı,
Bir kimsə axtarmaz dünyada məni.
Saldılar çöllərə Leyli sevgilər,
Axırda verdilər nə bada məni?!
Mən qəm əsiriyəm, kədər şahıyam.
Ata qübarıyam, ana ahıyam.
Göylərə çıxsam da, nişangahıyam,
Axtarıb tapacaq bir xata məni.
Çıxmaz buludlardan aypara baxtım,
Ay qara taleyim, ay para baxtım,
Çəkib bu dünyadan apara baxtım,
Hər yaz ot - əncərtək oyada məni.
SİZİN ARANIZDA | | 39 baxış