Blog Haqqında
Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.
Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.
Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.
Axtarış
Açar sözlər
Sayqaç
İndi blogda: 1
Keçən ayın hiti: 2344
Dünənki hit: 68
Bugünki hit: 33
Ümumi hit: 12144
İyul 15, 2008 17:37 Yazar: sabirsarvan
Çəkir məni qara torpaq
Aman qardaşlar, aman.
İstəyir ki, yıxa məni,
Axırıma çıxa mənim,
Aman qardaşlar, aman.
Kəndimizin torpağıdır,
Doğulduğum gündən bəri
Üzümə səpilməyə hazır,
Gözümə tökülməyə hazır.
Kəndimizin torpağıdır,
Bu şəhərin səs - küyündən
Çəkib məni qoparacaq,
Aranızdan aparacaq,
Aman qardaşlar, aman.
Dadıma bir kimsə yetməz,
Ahım qulaqlara çatmaz,
Gözlərim önündən getməz,
Yaddan çıxmış tənha məzar,
Aman qardaşlar, aman.
Bölməsiz | | 45 baxış