Reklam verin!
Yuma Ailə Jurnalı
 Sabir Sarvan

Blog Haqqında

sabirsarvan

Yatmadım səhərə kimi,
Yaramı duza köçürdüm.
Aranı dağa daşıdım,
Payızı yaza köçürdüm.

Gördü ki, təzə cığaldı,
Qımışdı dünya bığaltı.
Ağlımı ağ buxaq aldı,
Ruhumu saza köçürdüm.

Fanidə ömür sürürdüm,
Altdan işimi görürdüm.
Özümü sözə çevirdim,
Sözü kağıza köçürdüm.

Axtarış

Açar sözlər

Sayqaç

İndi blogda: 3
Keçən ayın hiti: 2344
Dünənki hit: 39
Bugünki hit: 73
Ümumi hit: 12223


AddThis Feed Button
Add to Technorati Favorites

SƏNDƏN ÖZGƏ

İyul 15, 2008 17:38 Yazar: sabirsarvan

Kimim var səndən özgə,
Hər bayram axşamında
Ya süfrə qırağında,
Ya bir ocaq başında,
Gözünü yaşartmağa?
Tanrıdan istədiyi
Əllərinə enməmiş,
Qəlbində gizlətdiyi,    
Üzündə görünməmiş
Saçını ağartmağa?

Alçalar ağ gül açmaz,
Qara yellər yatınca,
Çox dözdüm,
Ömür üzdüm
Ağlamağa çatınca.
Bu yollar zalım yollar
Toz - torpağa bulandım.
Ha qaçdım, ha qurtuldum,
Yenə dərdə dirəndim.
Yıxılıb durdum, yenə
Sənə boylandı üzüm.
Kimim var səndən özgə,
Yıxılanda durub tez,
Durub...Üzünü gəzim?

Uğrunda baş verməli,
Bu dünyada kiminsə.
Baş verməli ki,
Torpağını tapanda,
Ölüm sənə gülməyə.
Kimim var səndən özgə,
Uğrunda ölməyə?!

Mən dünyanın gözündə,
Dünya məndə burulur.
Ağrılardan süzülüb,
Göz yaşlarım durulur.
Nə küləklər kəsəndi,
Nə də ki, mən sınanam.
Kimim var səndən özgə,
Bir zülmətin qoynunda
Səhəri düşünən tək
Durub düşünəm,
                anam?!



Bookmark and Share

SİZİN ARANIZDA | Şərhlər(0) | 51 baxış


Şərh yazın


  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha